Yuxarı
    Bağlamaq

    "Moody's": Rusiyada ÜDM 2,5% azalacaq

    Ölkədə fiskal siyasət sərtləşdirilib

    Bakı. 18 fevral. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Rusiyada ÜDM-nin 2016-cı ildə 2,5% azalacağını proqnozlaşdırıb. "Report" BBC-nin Rusiya xidmətinin məlumatına istinadən bildirir ki, agentlik daha əvvəl ÜDM-nin 2016-cı ildə 1% azalacağını ehtimal etsə də, neft qiymətlərinin enməsi və Rusiya hökumətinin dövlət borcunun artmasının qarşısını almaq məqsədilə fiskal siyasətin daha da sərtləşdirilməsi səbəbindən proqnozuna yenidən baxmalı olub.

    Qeyd edək ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi də yanvar ayında ÜDM-də proqnozlaşdırdığı 0,7%-lik artımı 0,8% azalmaya dəyişib. Həmçinin, nazirlikdən bildirilib ki, neftin barelinin qiymətinin 40 dollar olması halında büdcə kəsirinin 2,36 trln. rubl (31,5 mlrd. dollar) və ya ÜDM-nin 3%-ə bərabər olacağı, 25 dollar/barel olması halında isə büdcə kəsirinin ÜDM-nin 7,5%-nə qədər artacağı gözlənilir.

    Dünən, fevralın 17-də isə "Standard&Poor's" beynəlxalq reytinq agentliyi Rusiyanın xarici valyutada suveren reytinqini "BB+", proqnozu isə "neqativ" səviyyədə təsdiqləyib. Agentlik ölkənin reytinqini 2015-ci ilin yanvarında son 10 ildə ilk dəfə "BBB-" investisiya qoyula bilən səviyyədən spekulyativ "BB+" səviyyəsinə endirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi