Yuxarı
    Bağlamaq

    ​"Moody's" İslam İnkişaf Bankının reytinqini "Aaa" səviyyəsində təsdiqləyib

    IDB İslam dünyasında ən yüksək reytinqə sahib olmaqda davam edir

    Bakı. 30 oktyabr. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi İslam İnkişaf Bankının (İDB) uzunmüddətli emitent reytinqini "Aaa" səviyyəsində, reytinq üzrə proqnozu isə "stabil" olaraq təsdiqləyib. 

    "Report" xəbər verir ki, Agentlik 10 il davam edən yüksək kredit reytinqini bankın 4 əsas amili ilə əlaqələndirib. Bu, sərmayədarların güclü dəstəyi, maliyyə qurumlarının verdiyi üstün kreditor statusu, güclü kapital bazası, ehtiyatlı maliyyə və risk menecmenti siyasəti, yüksək likvidlik səviyyəsidir.

    IDB Çoxtərəfli İnkişaf Bankları arasında və İslam dünyasında ən yüksək reytinqə sahib olmaqda davam edir. "Aaa" reytinqi bankın maliyyə imkanlarını gücləndirməklə bərabər İslam Maliyyə Sənayesinin inkişafında onun lider rolunu təsdiqləyir.

    IDB 1973-cü ildə yaradılıb. Bankın əsas məqsədi üzv ölkələrin sosial-iqtisadi inkişafını təmin etmək və üzv olmayan ölkələrin İslam maliyyəsi prinsipləri əsasında islami birliyinə nail olmaqdır.

    Qeyd edək ki, Azərbaycan IDB-nin üzvüdür və bankdakı payı 0,13%-dir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi