Yuxarı

“Moody’s” 2020-ci ildə dünya iqtisadiyyatının inkişafı qarşısında duran əsas riskləri açıqlayıb

“Moody’s”: dünya iqtisadiyyatı proteksionizm riskləri ilə üzləşəcək

2020-ci ildə dünya iqtisadiyyatının artımı bəzi ölkələrin qeyri-müəyyən ticarət mövqeyi və siyasi ixtilaflar üzündən risklərlə üzləşəcək.

“Report” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin dünyada kredit şərtlərinə dair açıqlamasında bildirilir.

“Dünya iqtisadiyyatı 2009-cu ilin resesiyasından sonra 2019-cu ildə qeydə alınan ləng böyüməyə qarşı 2020-ci ildə zəif olaraq qalacaq”, – deyə sənəddə qeyd olunur.

Agentliyin eksperti Helen Duqqar səbəblər arasında dünya iqtisadi artımının əsas payının düşdüyü ABŞ ilə Çində artımın ləngiməsini göstərir: “İnkişaf etmiş iqtisadiyyata malik ölkələrdə artım sürəti azalacaq, inkişafda olan ölkələrin çoxunda isə Çindəki durğunluğa və dünya ticarətinin artımının dayanmasına görə orta səviyyədən az olacaq”.

Avropa ilə ABŞ-da resesiya risqi hələ də gündəmdə olması ilə yanaşı, Çində tədiyyə balansının bərpasına yönələn tədbirlər üzündən sürətli iqtisadi artımın davam etdirilməsi üçün çətinliklər yaranacağı da qeyd olunur.

Həm kredit şərtləri, həm də bütövlükdə dünya iqtisadiyyatı üçün başlıca risk təşkil edən ticarət ziddiyyətləri və proteksionizm tədbirləri siyasi ab-havanın mürəkkəbləşdiyi bir vaxtda istehlakçı arxayınlığı üçün sınaq amilinə çevriləcək. Agentliyin ekspertlərinin fikrincə, belə risqlər ABŞ – Çin ticarət ziddiyyətləri, “Brexit”lə bağlı qeyri-müəyyənlik kimi mübahisə doğuran məsələlərlə bağlıdır.

2020-ci ildə resesiya gözləməyən “Moody’s” bununla belə inkişaf etmiş ölkələrdə gələcək tənəzzülün qarşısını almaq üçün pul və vergi siyasəti sahəsində qabaqlayıcı tədbirlər baxımdan imkanlar daraldığına görə yuxarıda sadalanan mənfi amillər üzündən risklərin artacağı qənaətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi