"Moody's" Çinin kredit reytinqini azaldıb

"Moody's" Çinin kredit reytinqini azaldıb Çinin əsas birja indeksi 0,8% geriləyib
Maliyyə
24 May , 2017 10:49
Moody's Çinin kredit reytinqini azaldıb

Bakı. 24 may. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Çinin uzunmüddətli yerli və xarici valyutada olan reytinqini "Aa3" səviyyəsindən "A1"-ə endirib. "Report" "RİA" agentliyinə istinadən bildirir ki, reytinqin endirilməsinə baxmayaraq, Agentlik Çin üzrə proqnozunu "neqativ"dən "stabil"ə dəyişib.

"Moddy's"dən verilən məlumatda qeyd olunub ki, Çinin reytinqinin azaldılmasına səbəb yaxın illərdə bu ölkənin maliyyə imkanlarının azalacağı, lakin iqtisadi artımın yavaşlaması fonunda məcmu borcların artacağı ehtimalları ilə bağlıdır.

Agentlik Çinin "stabil" proqnozunu "A1" reytinq səviyyəsində risklərin balanslaşdırılması ilə əlaqələndirib.

Reytinqin endirilməsi Çinin əsas fond indeksi - "Shanghai Composite"in 0,8% geriləyərək 3 037 bəndə düşməsinə səbəb olub. Çin yuanı isə çox dəyişiklik göstərməyib və məzənnə 6,90 CNY/USD səviyyəsində qalıb.

Son xəbərlər

Orphus sistemi