"Moody's": Çində iqtisadi artım tempi 5%-ə düşəcək

"Moody's": Çində iqtisadi artım tempi 5%-ə düşəcək Agentlik Çinin reytinqini daha da azalda biləcəyini bildirir
Maliyyə
26 May , 2017 16:57
Moody's: Çində iqtisadi artım tempi 5%-ə düşəcək

Bakı. 26 may. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Çinin iqtisadi artım tempinin yaxın illərdə 5%-ə qədər geriləyəcəyini proqnozlaşdırıb. "Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, 2016-cı il yekununda Çində ÜDM-in 6,7% artımı qeydə alınıb.

Bununla yanaşı, Agentlik Çinin müstəqil reytinqini bir daha azalda biləcəyini bildirib. Xatırladaq ki, mayın 24-də "Moody's" Çinin uzunmüddətli reytinqini "Aa3" səviyyəsindən "A1"-ə endirib. Buna səbəb kimi Agentlik Çinin yüksək dövlət borcunu əsas göstərib. Bu barədə açıqlama "Moody's"in kredit strategiyası və standartları üzrə vitse-prezidenti Li Siutzyun tərəfindən verilib.

Agentlik Çinin borcunun artması və iqtisadi artım tempinin zəifləməsi fonunda maliyyə dayanıqlılığının pisləşəcəyini proqnozlaşdırır. L.Siutzyun həmçinin qeyd edib ki, "əgər Çinin keçirəcəyi islahatlar bank sektorunda riskləri artırmadan borcları azalda bilərsə, bu, reytinqin yenidən artırılmasına gətirib çıxaracaq. Əks halda, reytinq aşağı salınacaq". Lakin vitse-prezident Çinin kritik borc həddi barədə məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi