"Moody’s" Bakıda kredit risklərinə dair konfrans keçirəcək

"Moody’s" Bakıda kredit risklərinə dair konfrans keçirəcək Tədbirdə Azərbaycan bank sisteminin perspektivləri, xarici valyuta riskinin təsiri ilə bağlı müzakilər aparılacaq
Maliyyə
13 May , 2016 17:14
Moody’s Bakıda kredit risklərinə dair konfrans keçirəcək

Bakı. 13 may. REPORT.AZ/ Mayın 24-də Bakıda “Moody’s” beynəlxalq reytinq agentliyinin kredit risklərinə dair illik konfransı keçiriləcək. "Report"un verdiyi xəbərə görə, konfransda fond resurslarının diversifikasiyası, Azərbaycan bank sisteminin perspektivləri, Azərbaycan və MDB ölkələrinin bank sistemində xarici valyuta riskinin təsirləri ilə bağlı məruzələr dinləniləcək.

Bununla yanaşı, Azərbaycanın bank və korporativ sektor üçün neft qiymətlərinin volatiliyinin əhəmiyyəti, “Moody’s”in reytinqləri və s. aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq. 

Konfransda “Moody’s Investors Service”in vitse-prezidenti Burak Cerrahoğlu, Rusiya və MDB ölkələri üzrə baş menecer Aleksey Sajin və Agentliyin digər əməkdaşları iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi