"Moody's" Azərbaycanın reytinqlərinə yenidən baxdı

"Moody's" Azərbaycanın reytinqlərinə yenidən baxdı “Moody's beynəlxalq reytinq agentliyi dövriliyə uyğun olaraq, Azərbaycanın reytinqlərinə yenidən baxıb.
Maliyyə
15 Fevral , 2020 12:54
Moody's Azərbaycanın reytinqlərinə yenidən baxdı
google.az

“Moody's" beynəlxalq reytinq agentliyi dövriliyə uyğun olaraq, Azərbaycanın reytinqlərinə yenidən baxıb. 

"Report" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. 

Qeyd edək ki, dövri yoxlama ildə bir və yaxud iki dəfə keçirilir və press-reliz yayılır. 

Beləliklə, kredit reytinqi "Ba2", suveren reytinqi isə "Ba3" səviyyəsində qalır. 

"Bu reytinqlər ölkənin iqtisadi gücünü, orta zənginlik səviyyəsinin yüksək volatilliyə əhəmiyyətli dərəcədə məruz qalmasını əks etdirir. Azərbaycanın “a3” fiskal gücü onun xalis kreditor mövqeyi ilə bağlıdır. Ölkənin suveren fondunun aktivləri ümumi xarici birbaşa borc və zəmanətlərdən çoxdur", - açıqlamada qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi