"Moody's" Azərbaycanın reytinqini eyni səviyyədə saxlayıb

"Moody's" Azərbaycanın reytinqini eyni səviyyədə saxlayıb Son dəfə reytinqdə dəyişiklik 2016-cı il fevral ayında baş tutub
Maliyyə
13 Fevral , 2017 09:30
Moody's Azərbaycanın reytinqini eyni səviyyədə saxlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini dəyişdirməyərək əvvəlki səviyyədə təsdiq edib. 

"Report" "Moody's"ə istinadən xəbər verir ki, müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq Azərbaycanın müstəqil kredit reytinqi "Ba1", proqnoz isə "neqativ" səviyyədə saxlanılıb. 

Xatırladaq ki, "Moody's" agentliyi Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3" səviyyəsindən azaldaraq "Ba1"-ə endirib, proqnozu isə "stabil"də saxlayıb. Kredit reytinqi üzrə proqnozu isə Agentlik 2016-cı il aprelin 29-da "neqativ"ə endirib.

Son xəbərlər

Orphus sistemi