Yuxarı

"​Moody's" Azərbaycanın kredit reytinqini sabit saxlayıb

Azərbaycan hökumətinin kredit reytinqi Ba1 səviyyəsində təsdiqlənib

Bakı. 1 avqust. REPORT. AZ / "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini təsdiq edib. "Report"un "Moody's" agentliyinə istinadən verdiyi xəbərə görə, reytinqin yenilənməsi rüblük müşahidələrin bazasında Agentliyin proqramı əsasında həyata keçirilib. 

Azərbaycan hökumətinin kredit reytinqi "Ba1", proqnoz isə "neqativ" müəyyən edilərək əvvəlki səviyyədə saxlanılıb. 

Xatırladaq ki, "Moody's" agentliyi Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3" səviyyəsindən azaldaraq "Ba1"-ə endirib, proqnozu isə "stabil" saxlayıb. Kredit reytinqi üzrə proqnozu isə Agentlik 2016-cı il aprelin 29-da "neqativ"ə endirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi