"Moody's": Azərbaycanın fiskal imkanları məhdudlaşıb

"Moody's": Azərbaycanın fiskal imkanları məhdudlaşıb Bu, dövlət borcu və ona xidmətlə bağlı faiz ödənişlərinin artması ilə bağlıdır
Maliyyə
30 Yanvar , 2018 13:28
Moody's: Azərbaycanın fiskal imkanları məhdudlaşıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın fiskal imkanları, dövlət borcu və ona xidmətlə bağlı faiz ödənişlərinin artması fonunda məhdudlaşıb. 

"Report" xəbər verir ki, bu barədə "Moody's" Beynəlxalq Reytinq Agentliyinin MDB ölkələri üzrə bu gün açıqladığı 2018-ci il icmalında bildirilir.

İcmalda həmçinin qeyd olunur ki, 2018-ci il üçün MDB ölkələrinin müstəqil kredit qabiliyyətliliyi proqnozu sabit olsa da, region ümumiyyətlə, mənfi şoklara qarşı həssasdır.

"Moody's" bildirib ki, neftin qiymətinin hazırkı səviyyəsi Azərbaycan, Rusiya və Qazaxıstan kimi ölkələrin ticarət şərtlərinə müsbət təsir göstərir. Lakin bu ölkələr neftin qiymətinin hazırkı səviyyəsində 2014-cü ilə qədər olan iqtisadi artım tempinə geri dönə bilməyəcək. Agentlik həmçinin ortamüddətli perspektivdə neftin qiymətinin 40-60 dollar/barel olacağını, adıçıkilən ölkələrdə iqtisadi artımın yumşaq olacağını ehtimal edir.

"Moody's" reytinqlərinə tədricən dəyişməsi gözlənilən maliyyələşmə şərtlərini də daxil etdiyini vurğulayıb. Agentlik qeyd edir ki, maliyyələşmə ilə bağlı vəziyyətin anidən dəyişməsi bir çox MDB ölkəsi üçün ağır nəticələnəcək. Belə ki, onların bir çoxunda yüksək dövlət borcu, müddəti yaxınlaşan faiz ödənişləri üçün aşağı səviyyədə ehtiyat ayırmaları, borcların əsas hissəsinin xarici valyutada olması və bank sistemində yüksək dollarlaşma problemi mövcuddur.

"Moody's" MDB ölkələrində dövlət borcunun ÜDM-də xüsusi çəkisinin 2013-cü ildəki 32%-dən 2018-ci ildə 55%-ə yüksələcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi