Yuxarı

​"Moody's": Azərbaycanın borc yükünün artacağı gözlənilir

Agentlik: Neftin ucuzlaşması MDB-də daha çox Azərbaycan, Rusiya və Qazaxıstana təsir edib

Bakı. 24 may. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyinin apardığı araşdırmalara əsasən, dünya bazarında neft qiymətlərinin azalmasından MDB məkanında ən çox neqativ təsirə məruz qalan Azərbaycan, Rusiya və Qazaxıstan olub. Bu üç ölkə arasında iqtisadiyyatı ən çox hidrokarbogenlərdən asılı olan ölkə isə Azərbaycandır.

Agentliyin proqnozlarına görə, 2017-2019 illər ərzində Azərbaycanda ortalama iqtisadi artım tempinin 1,2%, Rusiyada 1,5%, Qazaxıstanda isə 1,7% olacağı gözlənilir.

"Azərbaycanda dövlət büdcəsinin kəsiri 2015-ci ildəki 5%-dən bu ilin sonuna 13%-ə qədər artacağı proqnozlaşdırılır. Dövlət borcunun ÜDM-ə nisbəti 2014-cü ildə 11%-dən 2015-ci ilin sonuna 28%-ə yüksəlib. Bu il isə 30%-dək artacağı və stabilləşəcəyi ehtimal edilir. Büdcə kəsirinin yeni borclanma ilə deyil, əsasən Dövlət Neft Fondunun aktivləri ilə maliyyələşdiriləcəyi bildirilir", - deyə Agentlikdən bildirilib.

Lakin büdcə kəsirinin bir hissəsinin borclarla örtüləcəyi üçün Azərbaycanın borc yükünün gələcəkdə də artacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi