Yuxarı

"Moody's": Azərbaycanda problemli kreditlər ilin sonuna 20%-ə çatacaq

Mariya Malyukova: Azərbaycan iqtisadi resessiya dövrünə daxil olub

Bakı. 24 may. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan üzrə növbəti reytinq azaldılması gözlənilmir. "Report"un verdiyi xəbərə görə, bunu Agentliyin kiçik vitse-prezidenti, analitik Mariya Malyukova bildirib: "Bütün neqativ amillər artıq ilin əvvəlində reytinq azaldılanda nəzərə alınıb".

Onun sözlərinə görə, yaxn 12-18 ayda Azərbaycanın bank sektorunda müsbət dəyişikliklər gözlənilmir: "Azərbaycan iqtisadi resessiya dövrünə daxil olub. Bu il ÜDM-in 3,3% azalacağını gözləyirik. Fiskal vəziyyət pisləşib". 

"Bankların kreditləşməsi azalacaq. Problemli kreditlərin ilin sonuna 20%-ə çatacağı proqnozlaşdırılır. İlk rübdə bankların kredit portfeli 9% azalıb. Azərbaycan Beynəlxalq Bankını (ABB) istisna etsək bankların problemli kreditləri artıq 20% təşkil edir. ABB xaric, problemli kreditlər ilin sonuna 25%-ə çatacaq. Kapitalın aktivlərə nisbəti ilin əvvəlindəki 11,2%-dən martın 1-nə 10,9%-ə çatıb", - deyə "Moody's" rəsmisi qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi