Moody's: "Azərbaycanda kapitalın sərbəst hərəkətinə nəzarət bərpa oluna bilər"

Moody's: "Azərbaycanda kapitalın sərbəst hərəkətinə nəzarət bərpa oluna bilər" Bu il bank sektorunun reabilitasiyasına ÜDM-in 13,6%-i qədər vəsaitm xərclənə bilər
Maliyyə
5 Sentyabr , 2016 16:53
Moody's: Azərbaycanda kapitalın sərbəst hərəkətinə nəzarət bərpa oluna bilər

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanda kapitalın hərəkətinə bir sıra nəzarət forması tətbiq edilə biləcəyini vurğulayıb. "Report", "Moody's" agentliyinə istinadən xəbər verir ki, buna səbəb ölkədə valyuta böhranının zəifləməməsi göstərilib.

Agentlik, Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsinə baxmayaraq bank sistemində dollar ehtiyacını aradan qaldırmağa müvəffəq oluna bilmədiyini qeyd edib. Hesabatda ARDNF-in valyuta hərracında satışa çıxarılan valyutaya tələbin 14 dəfə çox olduğu vurğulanıb. Buda bir çox bankın son günlərdə valyuta satışını dayandırmasına səbəb olub. Agentlik, hazırda maliyyə bazarında müşahidə olunan sərt likvidlik şəraitinin kapitala nəzarətin bir sıra formalarının tətbiqinə və ya paralel bazarda "qara bazar" əməliyyatların artmasına gətirib çıxara biləcəyini qeyd edib. "Moody's" agentliyinin analitiki Kristin Lindou (Christine Lindow) bildirib ki, valyuta məhdudiyyəti paralel valyuta bazarının formalaşmasına gətirib çıxarıb. Bu da Azərbaycan Mərkəzi Bankının dollara tələbi azaltmaq üçün rəsmi məzənnənin qiymətini aşağı salmasına (devalvasiya) səbəb ola bilər.

Agentlik bildirib ki, Azərbaycan Belarus və Ukrayna kimi kapitalın hərəkətinə heç bir məhdudiyyət tətbiq etməyib. Amma, cari vəziyyətdə kapitalın ölkə xaricinə çıxmasını məhdudlaşdırmaq imkanlarına baxılma ehtimalları artır. Son həftələrdə əhali və şirkətlər tərəfindən valyuta tələbi kəskin artıb və manatın məzənnəsi aşağı düşüb.

"Moody's", Azərbaycan hökümətinin bank sektorunda yaranan problemləri aradan qaldırmaq üçün 2016-cı ildə ÜDM-nin 13,6%-i qədər vəsait xərcləyəcəyini ehtimal etdiklərini bildirib. 

Son xəbərlər

Orphus sistemi