"Moody’s": Azərbaycan hökuməti iki banka dəstək verə bilər

"Moody’s": Azərbaycan hökuməti iki banka dəstək verə bilər Bunlar sistem əhəmiyyətli "Kapital Bank" və "Xalq Bank"dır
Maliyyə
25 May , 2017 11:53
Moody’s: Azərbaycan hökuməti iki banka dəstək verə bilər
Report.az

Bakı. 25 may. REPORT.AZ/ "Azərbaycan hökuməti fiziki şəxslərin əmanətlərinə zəmanət verib, amma korporativ depozitlərə və istiqrazlara zəmanət verməyib. Bu da dövlətin bank sektoruna dəstəyinin mülayim olduğunu göstərir"

"Report" xəbər verir ki, bunu "Moody’s" beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukova deyib.

M.Malyukova svop əməliyyatlarınının bahalaşmasının müşahidə edildiyuni da deyib: "Son hadisələrlə əlaqədar Azərbaycandakı kommersiya banklarının xaricdəki kontragentlərlə svop əməliyyatların maya dəyəri artıb. Risk mükafatlarının artması nəticəsində faizlər də yüksəlib".

"Moody's"in MDB ölkələri üzrə analitiki Pyotr Paklin isə "Report"a bildirib ki, Azərbaycan hökuməti iki banka dəstək verə bilər: "Lazım gələrsə dövlət sistem əhəmiyyətli yalnız iki banka - "Kapital Bank" və "Xalq Bank"a dəstək göstərə bilər. Digər banklara isə dəstək verilməsi isə gözlənilmir".

Son xəbərlər

Orphus sistemi