Yuxarı

Moody's agentliyi Rusiyanın kredit reytinqini aşağı salıb

Agentlik qərarını Qərb dövlətlərinin sanksiyaları və neft bazarlarındaki qiymətlərlə izah edib

Bakı. 21 Fevral. REPORT.AZ/ Ukrayna böhranı və neftin qiymətinin düşməsi Rusiyanın kredit reytinqinə birbaşa təsir edib.

"Report" RİA Novosti agentliyinə istinadla xəbər verir ki, "Moody's" beynəlxalq reytinq agentliyi Rusiya Federasiyasının kredit reytinqini "Baa3"dən mənfi "Ba1"-ə salıb.

Agentlik bu qərarını Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və neft bazarlarındaki qiymətlərlə izah edib.

Xatırladaq ki, yanvarın əvvəlində "Fitch" agentliyi də Rusiyanın kredit reytinqini "BBB"dən mənfi "BBB"-yə salmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi