Yuxarı

​"Moody's" agentliyi "Bank VTB (Azərbaycan)"a uzunmüddətli reytinq verib

Bank VTB (Azərbaycan) pərakəndə və korporativ biznes arasında balansı saxlamağı planlaşdırır

Bakı. 23 yanvar. REPORT.AZ/ "Moody’s" beynəlxalq reytinq agentliyi ilk dəfə "Bank VTB (Azərbaycan)"a yerli və xarici valyutada "Ba3" səviyyəsində uzunmüddətli reytinq verib. "Report"un verdiyi xəbərə görə, bu barədə bankın yaydığı məlumatda bildirilir. 

Məlumata əsasən, bankın maliyyə sabitliyi reytinqi "E+" səviyyəsində təsdiqlənib ki, bu da kredit qabiliyyətliyinin baza qiyməti üzrə "b2" səviyyəsinə bərabərdir. Reytinq üzrə proqnoz "sabit"dir.

"Moody’s" öz rəsmi açıqlamasında qeyd edib ki, uzunmüddətli və maliyyə sabitliyi reytinqləri verilərkən Agentlik bankın əsas təsisçisi tərəfindən dəstəklənməsinə və onun VTB qrupuna sıx inteqrasiyasına əsaslanıb. Bu amillər əməliyyat, kapital və maliyyə dəstəyi baxımından bank üçün faydalı hesab olunur", - bankdan bildirilib.

"Hazırda "Bank VTB (Azərbaycan)" ölkədə ən etibarlı və sabit banklardan biridir. "Bank VTB (Azərbaycan)"ın sabitliyi və etibarlığı bankın kapitalında Rusiyanın aparıcı maliyyə qrupu olan VTB-nin iştirakı ilə təmin olunur. VTB qrupun əsas səhmdarı Rusiya dövlətidir və o, bütün öhdəliklər üzrə zamin kimi çıxış edir. 2013-cü ildən Bank VTB-nin iri səhmdarlarından biri də Azərbaycan Dövlət Neft Fondudur ki, bu da bankın yüksək statusunu bir daha təsdiqləyir. Bundan başqa, "Bank VTB (Azərbaycan)"ın səhmlərinin 49%-i onu bütün fəaliyyət istiqamətlərində dəstəkləyən nüfuzlu yerli "AtaHoldinq"ə aiddir", - İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Məlumatda bildirilir ki, "Bank VTB (Azərbaycan)" biznesin aktiv artımını nümayiş etdirir. Belə ki, bank 3 il ərzində kredit portfelinin artım tempini orta hesabla 60% artırmaq, eləcə də ölkənin beş aparıcı bankı sırasına daxil olmaq niyyətindədir. "Bank VTB (Azərbaycan)" pərakəndə və korporativ biznes arasında balansı qoruyub saxlamağı planlaşdırır. Bank 2012-ci ildən rentabelli hesab olunur və 2014-cü ilin III rübün sonuna bankın ROA göstəricisi 3,7%, ROE isə 18,6% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi