​"Moody’s" agentliyi "Bank Technique"in reytinqini təsdiq edib

​"Moody’s" agentliyi "Bank Technique"in reytinqini təsdiq edib Devalvasiya prosesi nəzərə alınaraq, bank üzrə reytinq yaxın gələcəkdə yenidən nəzərdən keçiriləcək
Maliyyə
7 May , 2015 17:36
​Moody’s agentliyi Bank Techniquein reytinqini təsdiq edib

Bakı. 7 may. REPORT.AZ/ “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın “Bank Technique” ASC-nin yerli və xarici valyutada bank depozitləri üzrə uzunmüddətli reytinqini “Caa1”, kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BSA) “Caa2” səviyyəsində təsdiqləyib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, Agentlik eyni zamanda ölkədə baş vermiş devalvasiya prosesini nəzərə alaraq, bank üzrə reytinqin yaxın gələcəkdə yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.

Milli valyutanın kəskin ucuzlaşmasının ölkədə fəaliyyət göstərən bütün maliyyə təşkilatlarına mənfi təsir etdiyinə işarə edən mütəxəssislər bunu bankın kapitallaşmasına ağır yük kimi qiymətləndiriblər. Bununla belə, Agentlik bankın yerli və xarici valyutada bank depozitləri üzrə qısamüddətli reytinqini qeyd-şərtsiz təsdiq edib.

"Moody`s" devalvasiya zamanı bankın maliyyə itkilərini nəzərə alaraq, səhmdarların əlavə sərmayə cəlb etməsini çıxış yolu kimi göstərir.

Qeyd edək ki, yaranmış itkilər bankın kapitallaşmasına bilavasitə təsir edərək, yalnız səhmdarların sərmayələrinə mənfi təsir göstərir. Elə bu məqsədlə hələ mart ayında “Bank Technique”in rəhbərliyi 8 mln. manata qədər uzunmüddətli subordinasiya kreditinin cəlb edilməsi barədə qərar qəbul edib.

Bankda kreditin cəlb edilmə prosesi yekunlaşdıqda, eyni zamanda, kapitallaşmanın bərpası istiqamətində atılmış digər addımlar nəticəsində beynəlxalq reytinqinin eyni səviyyədə qalmasına, hətta yüksəlməsinə inanırlar.

Son xəbərlər

Orphus sistemi