Yuxarı
    Bağlamaq

    ​"Moody's" ABŞ-ın reytinqini azalda bilər

    ABŞ-da iqtisadi artımın zəifləməsi dünya iqtisadiyyatına mənfi təsir göstərəcək

    Bakı. 5 may. REPORT.AZ/ "Moody's" beynəxalq reytinq agentliyi ABŞ-ın yaxın illərdə gözlənilən çox aşağı ÜDM-in artım proqnozu ilə kredit reytinqini mövcud "Aaa" səviyyəsində saxlaya bilməyəcəyini bildirib. Bu vəziyyətdə ABŞ-ın kredit reytinqi, iqtisadi şoklara və maliyyə siyasətindəki mümkün dəyişikliklərə qarşı həssas olacağı vurğulanıb.

    "Report"un verdiyi xəbərə görə, "Moody's" rəhbərinin köməkçisi Stiven Hes (Steven Hess) tərəfindən hazırlanan hesabatda yavaş ÜDM artımı səbəbindən ABŞ-ın maliyyə borcu problemlərinin artacağı və bu vəziyyətin yaxın bir neçə ildə ölkənin kredit reytinqinə uyğun gəlməyəcəyi bildirilir.

    ABŞ iqtisadiyyatının 2015-2016-cı illərdə 2,8% artacağı, gələcək 15 ildə isə ortalama ÜDM artımının 2,3% olacağı proqnozlaşdırılır. Qeyd edək ki, 1992-2007-ci illərdə bu ölkədə orta illik iqtisadi artım 3,7% olub.

    "Report" agentliyinin analitik qrupu qeyd edir ki, ABŞ iqtisadiyyatında qarşıdakı 15 ildə ehtimal olunan bu zəifləmə dünya iqtisadiyyatına mənfi təsir göstərəcək. Dünyanın ən iri neft istehlakçısı olan ABŞ-ın iqtisadi artımında proqnozlaşdırılan yavaşlama dünyada neftə olan tələbatı azaldacaq. Bununla yanaşı, qlobal fond bazarında kəskin azalma müşahidə olunacaq. ABŞ-da ilin sonuna yaxın uçot dərəcəsinin artırılması likvid vəsaitlərin risksiz ABŞ dövlət istiqrazlarına istiqamətlənməsi dünyada likvidlik problemini kəskinləşdirəcək. Avropa Mərkəz Bankının monetar ekspansiya siyasətinin gələn ilin ortalarında tamamlanması ilə dünya iqtisadiyyatı durğunluq mərhələsinə daxil olması ehtimalları da güclənəcək.

    Nəticədə, dünya ölkələri devalvasiya yarışına girəcək, daha ucuz mal istehsal etmək üçün yarışacaq. Neftin qiymətinin 35-75 dollar/barel arasında dəyişəcəyi ehtimal olunur. Bu səbəbdən müxtəlif valyutaların, o cümlədən Azərbaycan manatının məzənnəsinin iqtisadi şəraitə uyğun dəyişməsi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi