Yuxarı

​“Moody`s” "ABB-Moskva” bankının reytinqini yüksəldib

Agentlik ABB-Moskva” bankının beynəlxalq şkala üzrə reytinq proqnozunu B3 “Sabit”dən B3 “Pozitiv”ə dəyişib

Bakı. 1 sentyabr. REPORT.AZ/ “Moody’s Interfax Rating Agency” "ABB-Moskva” bankının reytinqini artırıb.

“Report”a bu barədə Azərbaycan Beynəlxalq Bankının Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə Moody’s Interfax Rating Agency” "ABB-Moskva” bankının milli şkala üzrə reytinqini “Ваа3”dən “Baa2” səviyyəsinədək artırıb.

Agentlik həmçinin "ABB-Moskva” bankının (Azərbaycan Beynəlxalq Bankının törəməsi, ABB) beynəlxalq şkala üzrə reytinq proqnozunu B3 “Sabit”dən B3 “Pozitiv”ə dəyişib.

“Moody’s” 2014-cü ilin iyul ayında "Azərbaycan Beynəlxalq Bankı" ASC "ABB-Moskva” bankının nizamnamə kapitalına 1,25 mlrd. rubl məbləğində əlavə vəsait daxil etdiyini və bunun son 5 il üçün ən mühüm hadisə olduğunu açıqlayıb.

Agentliyin açıqladığı məlumatda qeyd olunur ki, son illər “Bank "ABB-Moskva” aktivlərinin keyfiyyətini yaxşılaşdırıb, öz istiqrazlarının buraxılışı hesabına əsas bankdan asılılığını xeyli azaldıb, bununla belə fondlaşma mənbələrinin gələcək diversifikasiyası əsas strategiyadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi