Monteneqrodakı Azərbaycan bankı adını dəyişib

Monteneqrodakı Azərbaycan bankı adını dəyişib Söhbət "Azmont bank"dan gedir
Maliyyə
23 Sentyabr , 2016 09:48
Monteneqrodakı Azərbaycan bankı adını dəyişib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu ilin iyun ayında Monteneqroda fəaliyyətə başlayan Azərbaycan kapitallı "Azmont bank" adını "Nova bank"a dəyişib. 

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. 

Xatırladaq ki, baş ofisi Podqoritsada yerləşən banka lisenziya bu il, martın 1-də Monteneqro Mərkəzi Bankı tərəfindən verilib. Bu il, iyulun 1-nə maliyyə qurumunun nizamnamə kapitalı 11,98 mln. avro, məcmu kapitalı 11,763 mln. avro, aktivləri 12,135 mln. avro, öhdəlikləri 372 min avro təşkil edib. Bank ilin 1-ci yarısını 217 min avro xalis zərərlə başa vurub. 

Monteneqronun sayca 15-ci bankı olan "Nova bank" "Azmont Investments" layihəsinin (Azərbaycan-Monteneqro birgə müəssisəsi) azərbaycanlı investoru tərəfindən "Azerbaijan Global Investments" (AGI) şirkəti ilə tərəfdaşlıq çərçivəsində yaradılıb.  "Azmont İnvestments" Boka-Kotor buxtası sahillərində yerləşən Kumbor qəsəbəsindəki "Portonovi" tikinti kompleksi layihəsini reallaşdırır. Kompleks 26 hektar ərazini əhatə edir. Kompleksin tərkibinə "One&Only" hoteli, spa-mərkəz, yaxtalar üçün liman, villalar və evlər, mağazalar və restoranlar daxildir. Mehmanxananın 2018-ci ilin yayında istifadəyə veriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi