Yuxarı
    Bağlamaq

    ​MONEYVAL çirkli pulların yuyulması ilə bağlı Azərbaycan üzrə yeni hesabatını təsdiq edib

    Bir sıra ölkələrin hesabata dair siyasi xarakterli düzəlişlərlə bağlı təklifləri qəbul edilməyib

    Bakı. 15 dekabr. REPORT:.AZ/ Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə (PY/TMM) qarşı fəaliyyət sisteminin effektivliyi üzrə növbəti qiymətləndirmə hesabatını təsdiq edib. “Report”un verdiyi xəbərə görə, bu, MONEYVAL-un dekabrın 8-12-də Strasburqda (Fransa) keçirilən 46-cı plenar iclasında baş tutub.

    Plenar iclas zamanı gündəliyə uyğun olaraq Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə (PY/TMM) qarşı fəaliyyət sisteminin effektivliyi üzrə növbəti qiymətləndirmə hesabatının müzakirəsi keçirilib. Qiymətləndirmənin aparılması ilə əlaqədar MONEYVAL-un xüsusi missiyası bu ilin fevral ayında Azərbaycana səfər edib, 2014-cü ilin sentyabr aynda isə Strasburqda hesabat layihəsinin ilkin ikitərəfli müzakirəsi keçirilib. İntensiv müzakirələr nəticəsində əvvəlki qiymətləndirmənin aparıldığı 2008-ci il ilə müqayisədə Azərbaycanın əldə etdiyi əhəmiyyətli inkişaf və nailiyyətləri təsbit edən hesabat təsdiqlənib.

    MONEYVAL Katibliyi və bir sıra ölkələrin nümayəndə heyətləri hesabata dair siyasi xarakterli düzəlişlər, eləcə də Azərbaycanda PY/TMM sisteminin effektivliyinin aşağı olması barədə mülahizələr və Azərbaycana qarşı xüsusi monitorinq rejiminin bərpası ilə bağlı təkliflər irəli sürsə də, Azərbaycan nümayəndə heyətinin əsaslandırılmış arqumentləri və kəskin mövqeyi əsasında bu təkliflər qəbul edilməyib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi