“Mol Bulak”ın zərəri 2 dəfədən çox artıb

“Mol Bulak”ın zərəri 2 dəfədən çox artıb Bakı. 1 iyun. REPORT.AZ/ “Mol Bulak” MMC bank olmayan kredit təşkilatının cəmi aktivləri bu il yanvarın 1-nə 17,715 mln. manat təşkil edib.“Report”...
Maliyyə
1 İyun , 2017 11:02
“Mol Bulak”ın zərəri 2 dəfədən çox artıb

Bakı. 1 iyun. REPORT.AZ/ “Mol Bulak” MMC bank olmayan kredit təşkilatının cəmi aktivləri bu il yanvarın 1-nə 17,715 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 25,2% azdır.

“Mol Bulak”ın aktivlərinin 73,9%-ni və yaxud 13,084 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son bir ildə BOKT-un kredit portfeli 38,8% kiçilib.

2016-cı ildə “Mol Bulak”ın cəmi öhdəlikləri 20,8% azalaraq 8,482 mln. manata, o cümlədən borc öhdəlikləri 20,7% azalaraq 8,436 mln. manata düşüb. BOKT-un cəmi kapitalı isə 28,9% azalaraq 9,233 mln. manat olub.

Ötən il “Mol Bulak”ın faiz gəlirləri 5,21 mln. manat (əvvəlki ilə nisbətən 39,5% az), faiz xərcləri 1,16 mln. manat (17,8% çox), qeyri-faiz zərəri 324 min manat (78,4% az), qeyri-faiz xərcləri isə 7,192 mln. manat (6,3% az) təşkil edib. Son nəticədə BOKT-un vergiöncəsi zərəri 3,466 mln. manat olub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

Zərərlə işləməsinə baxmayaraq, 2016-cı ildə “Mol Bulak” 276 min manat (2015-ci illə müqayisədə 10% çox) mənfəət vergisi ödəyib və ötən ili 3,742 mln. manat xalis zərərlə başa vurub. Bu isə 2015-ci ilə nisbətən 2,1 dəfə çoxdur.

Xatırladaq ki, “Mol Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,408 mln. manatdır. Kredit təşkilatının təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkətidir. 

Son xəbərlər

Orphus sistemi