MNBP sədri Dünya Bankının missiyasını qəbul edib

MNBP sədri Dünya Bankının missiyasını qəbul edib Görüşdə həmçinin bankların rezolusiyası və likvidliyinin tətbiqi mexanizmləri müzakirə edilib
Maliyyə
24 Fevral , 2017 18:13
MNBP sədri Dünya Bankının missiyasını qəbul edib

Bakı. 24 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MNBP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda səfərdə olan Dünya Bankının (WB) maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “Report”a MNBP-nin mətbuat xidmətindən məlumat verilib.

R.Aslanlı bildirib ki, WB-nin bu dəfəki missiyası çərçivəsində maliyyə bazarlarına nəzarət üzrə mövcud qanunvericiliyin beynəlxalq təcrübəyə əsasən təkmilləşdirilməsi istiqamətində məhsuldar müzakirələr olub. Görüşdə həmçinin bankların rezolusiyası və likvidliyinin tətbiqi mexanizmlərinin və hüquqi çərçivəsinin genişləndirilməsi istiqamətdə Palatanın fəaliyyətinə dəstək imkanları müzakirə edilib.

Bundan əlavə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, maliyyə sektorunda istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması, eləcə də qeyri-işlək aktivlərin restruktizasiyası və idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılmasına dəstək mexanizmlərinə dair geniş fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi