Yuxarı

​MKT müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanması üçün normativ sənəd hazırlanacaq

Hazərda belə bir sənədin olmaması küçələrin işıqlandırılması üçün ayrılan büdcə vəsaitlərinin şişirdilməsinə səbəb olur

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda mənzil-kommunal təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin hazırlanması məqsədəuyğun hesab edilir. "Report"un verdiyi xəbərə görə, bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə bildirilib.

"Mənzil-kommunal təsərrüfatı müəssisələrində zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənəd, eləcə də zərər və subsidiyanın düzgün müəyyən edilməsi üçün meyarlar və şərtlər mövcud olmadığına görə müvafiq hesablamalar təxmini olaraq həyata keçirilir ki, bu da hesablamalarda təhriflərə şərait yaradır. Həmçinin, bu sahədə boşluğun mövcud olması dövlət büdcəsi vəsaitlərinə tələbatın əsassız artırılmasına imkan verir. Eləcə də, büdcə vəsaiti hesabına həyata keçirilən mənzil fondunun əsaslı təmiri işlərinin dəyərinin əsas vəsaitlərin qalıq dəyərinə əlavə edilərək həmin işlər üzrə hesablanmış və dövlət büdcəsindən maliyyələşən sifarişçilərin (yerli icra hakimiyyəti orqanlarının) vəsaitləri hesabına quraşdırılan əsas vəsaitlərə (işıq dirəklərinə) hesablanan amortizasiya xərcləri sonrakı mərhələdə mənzil fondunun saxlanma xərclərinin artmasına, habelə küçələrin işıqlandırılmasına xidmət göstərilməsi üçün ayrılan büdcə vəsaitlərinin şişirdilməsinə səbəb olur. Göstərilənlər nəzərə alınmaqla, o cümlədən, qeyd olunan məsələlər əhatə edilməklə mənzil-kommunal təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin hazırlanması məqsədəuyğun olardı", - deyə təklifdə qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi