Mixael Hofman: "Devalvasiya dollar krediti olan müştərilər üçün çətinliklər yaradıb"

Mixael Hofman: "Devalvasiya dollar krediti olan müştərilər üçün çətinliklər yaradıb" Baş menecerin fikrincə, bu il "Accessbank"ın inkişaf tempi zəifləyib
Maliyyə
11 İyun , 2015 11:05
Mixael Hofman: Devalvasiya dollar krediti olan müştərilər üçün çətinliklər yaradıb

Bakı. 11 iyun. REPORT.AZ/ Bu il "Accessbank" QSC-nin inkişaf tempi ötən ilə nisbətən yavaşlayıb. "Report"un verdiyi xəbərə görə, bunu "Accessbank"ın baş meneceri Mixael Hofman bildirib: "Devalvasiya yalnız banklara deyil, ümumiyyətlə, biznes sektoruna təsir edir. Biz çox şadıq ki, hələ stabil işləyirik, bank kimi inkişaf edirik. Düzdür, bu inkişaf ötən ilə nisbətən zəifləsə də, davam edir".

"Devalvasiya müştərilər üçün də, xüsusən də, dollar krediti olan müştərilər üçün çətinliklər yaradıb. Ona görə də bütün müştərilərlə danışıqlar apararaq kreditin ödəniş strukturunda dəyişiklik etdik və prosesi asanlaşdırdıq", - deyə baş menecer qeyd edib.

M.Hofmanın sözlərinə görə, müştərinin daşıdığı riskdən asılı olaraq, Bankın verdiyi kredit faizləri də dəyişir.

Qeyd edək ki, "Accessbank"ın aktivləri illik müqayisədə 38,2% artaraq cari ilin aprelin 1-nə 1,2 mln. manata çatıb. Bu müddətdə kredit portfeli 39,3% artaraq 925,3 mln. manat, depozit portfeli 24,7% artaraq 297,8 mln. manat təşkil edib. Cari ilin aprelin 1-nə Bankın nizamnamə kapitalı 85,0 mln. manat, məcmu kapitalı 156,1 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi