Misir devalvasiyaya hazırlaşır

Misir devalvasiyaya hazırlaşır Ölkə hökuməti kömək üçün IMF-ə müraciət edib
Maliyyə
24 Avqust , 2016 18:18
Misir devalvasiyaya hazırlaşır

Bakı. 24 avqust. REPORT.AZ/ Misir prezidenti Əbdulfəttah əs-Sisi ölkəsinin gələcəyinin təhlükə altında olduğunu və iqtisadi böhranın aradan qaldırılması üçün hökumətin yerli valyuta - funtu devalvasiya etmək məcburiyyətində olduğunu bəyan edib. 

"Report"un verdiyi xəbərə görə, hazırda Misir funtu qara bazarda tarixi rekord minimal səviyyəyəy geriləyib, ölkənin qızıl-valyuta ehtiyatları ancaq 3 aylıq idxalı qarşılaya bilər və cari hesabın kəsiri getdikcə böyüyür. Məhz bu səbəbdən hökumət Beynəlxalq Valyuta Fonduna (IMF) kömək üçün müraciət edib və təşkilatın oktyabrda Misirə 8 mlrd. ABŞ dolları həcmində kredit verməyi planlaşdırdığı bildirilir. Bu da Misir Mərkəzi Bankına devalvasiya həyata keçirməyə imkan verəcəyi qeyd olunub. 

Hazırda Misirin tədricən iqtisadi islahatlar həyata keçirməyə başlayacağı və bunun valyuta məzənnəsi probləminə son qoyacağı vurğulanıb. İqtisadçılar Misirin "üzən məzənnə" rejiminə keçməsinin müsbət addım olacağını, amma bunun bir sıra risklər daşıdığını qeyd edirlər. Belə ki, insanlar "üzən məzənnə" rejimində valyuta alqı-satqısında rəsmi kanallardan istifadə etmək imkanının olacağına inanmalıdırlar. "Bloomberg" agentliyi tərəfindən aparılan sorğuda 6 iqtisadçının hamısı Misirin tənzimlənən "üzən məzənnə" rejiminin tətbiqinə keçəcəyinə inandıqlarını bildiriblər. 

Xatırladaq ki, bu gün, avqustun 24-də Misirdə dolların məzənnəsi 8,88 funta bərabər olub. 

Son xəbərlər

Orphus sistemi