Milli Məclisin plenar iclasında yeni yaşayış minimumu haqqında qanun layihəsi müzakirə olunur - YENİLƏNİB

Milli Məclisin plenar iclasında yeni yaşayış minimumu haqqında qanun layihəsi müzakirə olunur - YENİLƏNİB Büdcə zərfinə daxil olan layihələrlə bağlı təkliflərlə baxmaq üçün hökumətə dekabrın 16-dək vaxt verilib
Maliyyə
8 Dekabr , 2016 13:48
Milli Məclisin plenar iclasında yeni yaşayış minimumu haqqında qanun layihəsi müzakirə olunur - YENİLƏNİB

İlk xəbər saat 13:36-da verilib

Bakı. 8 dekabr. REPORT.AZ/ "2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

"Report"un verdiyi xəbərə görə, qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.

Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manatdır. Başqa sözlə, sözügedən göstərici 14% və yaxud 19 manat artırılır.

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.

Qeyd edək ki, büdcə zərfinə daxil olan layihələrlə bağlı təkliflərlə baxmaq üçün hökumətə dekabrın 16-dək müddət verilib. Növbəti iclas dekabrın 16-da baş tutacaq.

***

Daha sonra "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinin müzakirəsi aparılıb. Sənədə əsasən, gələn il Azərbaycanda ehtiyac meyarının  116 manat olması təklif edilir.

Son xəbərlər

Orphus sistemi