Milli Məclisdə Hesablama Palatası ilə görüşlər təşkil ediləcək

Milli Məclisdə Hesablama Palatası ilə görüşlər təşkil ediləcək Bakı. 18 yanvar. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq layihəsinin həyata keçirilməsi çərçivəsində layihənin 4-cü Komponenti üzrə missiyasını qəbul edib.
Maliyyə
18 Yanvar , 2019 15:46
Milli Məclisdə Hesablama Palatası ilə görüşlər təşkil ediləcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq layihəsinin həyata keçirilməsi çərçivəsində layihənin 4-cü Komponenti üzrə missiyasını qəbul edib.

“Report” barədə Palataya istinadən xəbər verir. 

Məlumata görə, görüşdə Palatanın sədr müavini Adil Məhərrəmov, Layihə rəhbəri və Polşa Ali Audit Ofisinin Vitse-Prezidenti cənab Wojciech Kutyla və 4-cü Komponent rəhbəri Yaçek Jezierski və missiyanın digər üzvləri də iştirak edib.

Tvinninq layihəsi üzrə üzv Layihə Rəhbəri eyni zamanda 1-ci Komponent rəhbəri cənab Wojciech Kutyla layihə çərçivəsində bu günə kimi görülmüş işlər barəsində məlumat verib və 4-cü Komponent çərçivəsində keçirilmiş tədbirlə bağlı öz fikirlərini bölüşüb.

Daha sonra 4-cü Komponent rəhbəri Yaçek Jezierski təşkil edilmiş iki günlük seminarlarda Hesablama Palatasının vəzifə, səlahiyyət və funksiyaları və müasir dünyada Ali Audit Qurumun əsas rolu və vəzifələri, Hesablama Palatasının əsas fəaliyyət sahələri, Hesablama Palatasının Azərbaycan Respublikasında dövlət təşkilatları içərisində mövqeyi, Hesablama Palatasının əsas vəzifə və öhdəlikləri və Hesablama Palatasının audit fəaliyyəti ilə bağlı seçilmiş məsələlər barədə təqdimat edildiyini bildirib və təmsil olunan təşkilat nümayəndələrinin də seminarlarda fəal iştirak etdiyini vurğulayıb.

O, eyni zamanda 2019-cu ildə növbəti silsilə seminarların keçiriləcəyini bildirib və rəhbərlik etdiyi Komponent çərçivəsində bilik və təcrübə mübadiləsi məqsədilə Polşa AAQ-na təlim səfərinin planlaşdırıldığını da qeyd edib. Görüşdə həmçinin bu ilin mart ayında Milli Məclisdə millət vəkilləri ilə HP-nin vəzifə, səlahiyyət və funksiyaları barədə görüşlərin təşkil edilməsi, təqdimatların məzmunu və formatı məsələləri müzakirə edilib.

Hesablama Palatasının sədri  Vüqar Gülməmmədov əsas maraqlı tərəflər ilə münasibətlərin idarə edilməsi sahəsində müvafiq biliklər əldə etmək baxımından ayrı-ayrı büdcə təşkilatlarında çalışan əməkdaşlar üçün HP-nin vəzifə, səlahiyyət və funksiyalarına dair seminarların keçirilməsinin və bununla birgə əməkdaşlıq əlaqələrinin daha da formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib. V.Gülməmmədov missiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, Tvinninq Layihəsi çərçivəsində əməkdaşlığın Polşa AAQ-ı ilə birgə əməkdaşlıq münasibətlərinin inkişafına müsbət təsirini bir daha vurğulayıb.

Son xəbərlər

Orphus sistemi