Milli Məclis BOKT-lar haqqında qanuna dəyişikliyi I oxunuşda qəbul edib

Milli Məclis BOKT-lar haqqında qanuna dəyişikliyi I oxunuşda qəbul edib Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bank olmayan kredit təşkilatları (BOK) haqqında” qanuna dəyişikliklər I oxunuşda qəbul edilib.
Maliyyə
27 İyun , 2019 14:06
Milli Məclis BOKT-lar haqqında qanuna dəyişikliyi I oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bank olmayan kredit təşkilatları (BOK) haqqında” qanuna dəyişikliklər I oxunuşda qəbul edilib.

“Report” xəbər verir ki, müzakirələrdə çıxış edən Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər BOKT-lara nəzarətin zəiflədiyini bildirib.

“Qanuna ediləcək dəyişiklikər bu sahədə nəzarətin gücləndirilməsinə, lazımi tədbirlərin çevik və effektli tətbiq olunmasına, sağlam korporativ idarəetməyə malik BOKT-ların formalaşmasına imkan verəcək. Qanun layihəsində BOKT-ların inzibatçıları və təsisçiləri üçün vətəndaş qüsursuzluğu, inzibatçıların üçün isə attestasiya tələbi müəyyənləşdirilib”, - deputat deyib.

Daha sonra sənəd səsverməyə qoyularaq təsdiqlənib. 

Son xəbərlər

Orphus sistemi