Milli Depozit Mərkəzində “Bilik Mübadiləsi Proqramı” çərçivəsində görüş keçirilib

Milli Depozit Mərkəzində “Bilik Mübadiləsi Proqramı” çərçivəsində görüş keçirilib Bakı. 29 yanvar. REPORT.AZ/ Cənubi Koreyanın İqtisadiyyat və Maliyyə Nazirliyinin həyata keçirdiyi və əsas icraçısı Koreya İnkişaf İnstitutu olan “Bilik Mübadiləsi Proqramı” çərçivəsində Milli Depozit Mərkəzi (MDM) ilə Koreya nümayəndə heyəti arasında görüş keçirilib.
Maliyyə
29 Yanvar , 2019 11:39
Milli Depozit Mərkəzində “Bilik Mübadiləsi Proqramı” çərçivəsində görüş keçirilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Cənubi Koreyanın İqtisadiyyat və Maliyyə Nazirliyinin həyata keçirdiyi və əsas icraçısı Koreya İnkişaf İnstitutu olan “Bilik Mübadiləsi Proqramı” çərçivəsində Milli Depozit Mərkəzi (MDM) ilə Koreya nümayəndə heyəti arasında görüş keçirilib.

“Report” MDM-ə istinadən xəbər verir ki, görüşdə nümayəndə heyəti Cənubi Koreyanın qiymətli kağızlar bazarı ilə bağlı təcrübəsini bölüşüb, onun Azərbaycanda tətbiq edilməsi imkanları geniş müzakirə edilib.

Bundan başqa, tərəflər Azərbaycanda qiymətli kağızlarla əqdlər üzrə klirinq və hesablaşmaların mövcud vəziyyəti, bu sistemin təkmilləşdirilməsi üzrə görüləcək işlər və tövsiyyələri müzakirə edib. Məlumat üçün bildirək ki, hal-hazırda Azərbaycanda klirinq fəaliyyətini MDM həyata keçirir.

Cənubi Koreyanın nümayəndə heyəti əsas mahiyyəti “Azərbaycanda kapital və törəmə qiymətli kağızları bazarının fəaliyyətinin tənzimlənməsi” olan proqram çərçivəsində müzakirələrin aparılması məqsədilə yanvarın 21-25-də ölkəmizdə səfərdə olub və MDM ilə yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Bakı Fond Birjası” QSC, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankı ilə görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi