Millət vəkilləri: "Azərbaycanın “Doing Business” hesabatında 32 pillə irəliləməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir"

Millət vəkilləri: "Azərbaycanın “Doing Business” hesabatında 32 pillə irəliləməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir" Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanın “Doing Business” hesabatında 57-ci yerdən 25-ci yerə yüksəlməsi Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.
Maliyyə
2 Noyabr , 2018 16:54
Millət vəkilləri: Azərbaycanın “Doing Business” hesabatında 32 pillə irəliləməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanın “Doing Business” hesabatında 57-ci yerdən 25-ci yerə yüksəlməsi Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

“Report”un verdiyi xəbərə görə, bunu Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanın “Doing Business” hesabatında 32 pillə irəliləməsini şərh edərkən bildirib.

“Dünya Bankının bu hesabatı Azərbaycanda sahibkarlıq mühitinin daha da inkişaf etməsinin bariz nümunəsidir. Bir ildə 57-ci yerdən 25-ci yerə yüksəlmək böyük nailiyyətdir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Mən həmişə demişəm ki, Azərbaycanın sosial-iqtisadi modeli uğurludur və dünya ölkələri üçün bir nümunədir. Həm Azərbaycanın böyük sürətlə inkişaf etdiyi vaxtda, həm də devalvasiyadan sonra da işlək olması bu modelin uğurlu olmasını sübut edir. Dünyada neftin qiyməti 3 dəfədən çox aşağı düşəndən sonra əksər ölkələrdəki kimi, bizdə də çətin şərait yaranmışdı. Demək olmaz ki, Azərbaycan böhranda idi. Amma müəyyən problemlər var idi. Biz 2017-ci ilin ortalarından sürətlə həmin vəziyyətdən çıxa bildik. Bu, bizim sosial-iqtisadi modelin müsbət cəhətləridir. İndi dünya ekspertlərinin qərarı bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi azadlıq, investisiya mühiti daha da yaxşılaşıb. Mən arzu edirəm ki, bizim sahibkarlar fəal olsunlar,  öz məhsullarını xarici bazarlara çıxartmağa daha çox cəhd göstərsinlər. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi əlindən gələni edir”, - deyə deputat qeyd edib.

Millət vəkili Rüfət Quliyev

"Azərbaycanda iqtisadi azadlıq, investisiya mühiti daha da yaxşılaşıb".

Rüfət Quliyev

Millət vəkili Rüfət Quliyev

O qeyd edib ki, “Doing Business” hesabatında əldə olunan nailiyyət bir tərəfdən hökumətin həyata keçirdiyi siyasətdən asılıdırsa, digər tərəfdən dövlətin mövqeyinin yaxşılaşması həm də sahibkarlardan asılıdır: "Bildiyiniz kimi, bu hesabatda bir çox meyarlar dəyərləndirilir. Bu meyarların bir çoxu dövlətin həyata keçirdiyi siyasətin göstəriciləridir. Amma digər tərəfdən elə meyarlar var ki, mütləq sahibkarların fəaliyyətindən asılıdır. Yəni dövlət əlindən gələni edir. Sahibkarların aktivliyi də digər meyarların hesabına ümumi hesabatda ölkəmizin birinci onluğa daxil olmasına köməklik göstərə bilər. Azərbaycanın “Doing Business” hesabatında 25-ci yer tutması böyük nailiyyətdir. Buna qiymət vermək lazımdır. Bunun qiyməti sahibkarlar tərəfindən o ola bilər ki, daha da aktiv olsunlar.”

Milli Məclisin deputatı Aydın Mirzəzadə də ölkəmizin “Doing Business” hesabatında 25-ci yerə yüksəlməsini Azərbaycanın inkişafına dünya tərəfindən verilən növbəti bir qiymət adlandırıb. 

“Azərbaycan bu və ya digər reytinq cədvəlində həmişə özünün yüksək göstəriciləri ilə fərqlənir. Ölkədə daimi aparılan islahatlar bir tərəfdən dövlətimizin möhkəmlənməsinə, digər tərəfdən isə sahibkarlığın inkişafına, vətəndaşların sosial problemlərinin həllinə, insan azadlıqlarının güclənməsinə və s. gətirib çıxarır. Dünya Bankının son reytinq cədvəli dövlətlərin islahatlarla bağlı gördüyü işə verdiyi qiymətdir. Azərbaycanın ayrı-ayrı istiqamətlər üzrə apardığı islahatlar həmin təşkilatın ekspertləri tərəfindən yüksək qiymətləndirilib. Bu cədvəldə yüksək yer tutmaq hər bir dövlətin arzusudur. Məsələn, Rusiya 31-ci yeri tutub və bunu özünün böyük bir uğuru hesab edir. Ümumiyyətlə, postsovet məkanında Azərbaycan “Doing Business” hesabatında yüksək yer tutan ikinci ölkədir. Nəzərə alsaq ki, Azərbaycandan başqa digər ölkələr də vaxtaşırı islahatlar aparırlar, ona görə də Azərbaycanın uğuru, ilk növbədə, konkret nəticələri ilə qiymətləndirilir. Sahibkarlıq subyektinin tez qeydiyyata alınması, bürokratiyanın aşağı səviyyyədə olması, bütün bunlar hamısı qiymətləndirmə faktorlarıdır. Hesab edirəm ki, Azərbaycanın bu reytinqdə yüksək yer tutması Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Onun ölkənin milli maraqlarını yüksək səviyyədə qoruması, ruhən və fəaliyyətdə islahatçı olması belə nəticələrə gətirib çıxarır".

Millət vəkili Aydın Mirzəzadə

"Postsovet məkanında Azərbaycan “Doing Business” hesabatında yüksək yer tutan ikinci ölkədir".

Aydın Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə

Deputat bu il həyata keçirilən islahatları əsas gətirərək gələn il Azərbaycanın “Doing Business” hesabatında daha da irəliləyəcəyinə inandığını vurğulayıb.

Xatırladaq ki, Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bununla da Azərbaycan ötən illə müqayisədə reytinqdə 32 pillə yüksəlib.

Qeyd edək ki, ötən il isə Azərbaycan əvvəlki ilə nisbətən 8 pillə irəliləyərək 57-ci yerdə qərarlaşmışdı.

Son xəbərlər

Orphus sistemi