Millət vəkili: “Dövlət büdcəsindən insan inkişafına az vəsait ayrılır”

Millət vəkili: “Dövlət büdcəsindən insan inkişafına az vəsait ayrılır” Bakı. 22 iyun. REPORT.AZ/ “Azərbaycanın dövlət büdcəsindən xərcləmələr səmərəsiz və ədalətsizdir.
Maliyyə
22 İyun , 2018 12:05
Millət vəkili: “Dövlət büdcəsindən insan inkişafına az vəsait ayrılır”
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ “Azərbaycanın dövlət büdcəsindən xərcləmələr səmərəsiz və ədalətsizdir".

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Əli Məsimli deyib.

"2018-ci il dövlət büdcəsi haqqında qanun"a dəyişikliklərlə bağlı qanun layihəsinə münasibət bildirən deputat büdcədə tikinti xərclərinin çox olmasını korrpusiyaya yol açan amil kimi qiymətləndirib.

“Dövlət büdcəsinin 8,9%-i təhsilə, 1,1%-i elmə, 0,6%-i mədəniyyətə yönəldilir. Büdcədən insan inkişafına az vəsait ayrılır”, - o əlavə edib. 

Son xəbərlər

Orphus sistemi