Yuxarı
    Bağlamaq

    Millət vəkili bank menecmentini ittiham edib

    Siyavuş Novruzov: “Bankları bu günə onların rəhbərləri salıb”

    Bakı. 7 aprel. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Banklar haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə edilir.

    Müzakirələrdə çıxış edən millət vəkili Siyavuş Novruzov bildirib ki, Azərbaycandakı kommersiya banklarının maliyyə vəziyyətinin pisləşməsi iqtisadi böhranla bağlı deyil: “Bankları bu günə onların rəhbərləri salıb. Rəhbər şəxslər öz mənafeyini güdüb. Bu məsələ sağlamlaşdırılmalıdır". 

    "Deyirlər, “körpü-bank”lar yaradılsın. Kim deyə bilər ki, sabah o “körpü-bank” bu banklar kimi işləməyəcək?! Hərəyə 1 milyard pul veriblər, çıxıb gedib. İndi dövlət həmin pulların dalınca düşüb", - deyə deputat qeyd edib.

    Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov isə əlavə edib ki, Azərbaycanda bu gün fiziki və hüquqi şəxslərə kredit verilməsi faktiki dayanıb: "Yaxşı olar ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələyə diqqət yetirsin. Bundan başqa, dollarla verilmiş kreditlərin, vaxtı keçmiş bank borclarının necə qaytarılması məsələsinə artıq baxılmalıdır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi