"MilliÖn" terminallarında bank kartlarının qəbuluna gələn il başlanacaq

"MilliÖn" terminallarında bank kartlarının qəbuluna gələn il başlanacaq "MilliÖn" elektron ödəniş sisteminin operatoru hazırlıq işlərini 2015-ci ilin oratalarına kimi tamamlayacaq
Maliyyə
15 Dekabr , 2014 11:38
MilliÖn terminallarında bank kartlarının qəbuluna gələn il başlanacaq

Bakı. 15 deekabr. REPORT.AZ/ Azərbaycanın "MilliÖn" elektron ödəniş sisteminin ("Komtec" şirkətinin ticarət nişanı) terminallarında plastik kartlarla ödənişlərin qəbuluna 2015-ci ilin ortalarında başlanacağı gözlənilir. Bu barədə “Report”a "Komtec" şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, terminallarda bank kartları vasitəsilə ödəniş qəbulu sistemi layihəsinə uzun müddət əvvəl başlansa da, banklarla şirkət arasında yaranan bəzi anlaşılmazlıqlara görə layihənin icrası yubanır: "Bir müddət öncə layihəyə yenidən start vermişik. Artıq bank seçimini də həyata keçirmişik. Sistemin gələn ilin ortalarına reallaşdırılması gözlənilir".

Azərbaycanda elektron ödəniş sistemləri bazarının üzvü olan "Komtec" şirkəti 2008-ci ildə təsis edilib. Hazırda "MilliÖn" şəbəkəsinə 70-dən artıq kütləvi xidmət müəssisəsi qoşulub. "MilliÖn" ödəniş köşkləri Bakıda və Azərbaycanın digər şəhərlərinin ticarət və işgüzar mərkəzlərində, banklarda, dövlət müəssisələri və idarələrində, metro stansiyalarında, supermarketlərdə, hava limanında, vağzallarda quraşdırılıb.

Bildirək ki, terminallar vasitəsi ilə mobil rabitə, internet, kabel televiziyası, stasionar telefon rabitəsi, mənzil-kommunal təsərrüfatı (su, işıq, qaz), bank və sığorta xdidmətləri və digər xidmətlərin qısa vaxtda ödənişini həyata keçirmək mümkündür. Gələcəkdə bütün dövlət təşkilatlarına ödəmələrin bu sistemlər vasitəsilə həyata keçirilməsi mümkün olacaq. 

Son xəbərlər

Orphus sistemi