Yuxarı

Mikayıl Cabbarov: "Proqnozdan 200 milyon manat çox vergi toplanılıb"

Mikayıl Cabbarov: "Proqnozdan 200 milyon manat çox vergi toplanılıb"

598

"Azərbaycanda ortamüddətli iqtisadi proqram və strategiyanın konturları müəyyənləşdirilib".

“Report” xəbər veirr ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin qəbulunda deyib.  

"İlk növbədə, ağ formal, rəqabətədavamlı və dayanıqlı iqtisadiyyatın qurulması bütün təklif olunan tədbirlərdə hədəf olaraq qırmızı xətt kimi keçir. İqtisadiyyatımızın ixrac yönümlülüyünü saxlamaqla və genişləndirməklə daxili istehsal və istehlakın həvəsləndirilməsinə yönəlmiş tədbirlər daha geniş yer alır. Vurğuladığınız kimi, məşğulluğun qorunmasını və genişləndirilməsini başlıca vəzifəmiz kimi görürük.

Neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindəyik. Spesifik olaraq kölgə iqtisadiyyatı mövzusu da müzakirə edilibdir. Bu gün Sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılması vəsatətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə və Sizin diqqətinizə təqdim edəcəyik", - deyə o, qeyd edib. 

Bundan başqa, nazir bildirib ki, operativ məlumata əsasən, Dövlət Vergi Xidmətinin xətti ilə proqnoz tam yerinə yetirilib: "Dövlət büdcəsinə təxminən 200 milyon manat ətrafında proqnozdan artıq yığılmış vəsaitin təmin olunması gözlənilir.

Əsas istiqamətlər olaraq biz, həmçinin keçən ildən Dövlət Sosial Müdafiə Fondunun ödənişlərinin yığımını həyata keçiririk. Bu istiqamət üzrə də birinci rüb ərzində ünvanlı dövlət sosial müdafiə fonduna təxminən 120 milyon manat daha çox vəsait yönəldilib. İstiqamətlər olaraq orta müddətdə həm kənd təsərrüfatı emalı sahəsinin genişləndirilməsi vacib prioritet kimi görünür, həm tikinti sektoruna dəstəyin artırılması və bu sahədə fəaliyyətin genişləndirilməsi. Mən bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm ki, bu istiqamətlərdə, həmçinin ticarət, tranzit və logistika sahələrində bizə artıq aydın göstərişlərinizi vermisiniz. Yük və karqonun daşınmasına gəldikdə bugünkü şəraitdə biz hətta keçən ilin martı ilə müqayisədə bu trendlərin artmasını görürük. Bu da Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətin birbaşa nəticəsidir.

Təbii olaraq Azərbaycanın ixrac potensialının artırılmasına, genişlənməsinə, eyni zamanda, bölgələrdə daha çox iş yerlərinin yaradılmasına, onların müasirləşdirilməsinə və sənaye potensialının gücləndirilməsinə xidmət edən dağ-mədən sənayesi istiqamətində də bir sıra layihələr hazırlanır. İnanıram ki, biz onları bu paket çərçivəsində təqdim etmək iqtidarında olacağıq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi