Mikayıl Cabbarov özünə iki müşavir təyin edib

Mikayıl Cabbarov özünə iki müşavir təyin edib Nazirin yeni müşavirləri Camal Qasımov və Elnur Əliyev təyin edilib
Maliyyə
26 Dekabr , 2017 09:58
Mikayıl Cabbarov özünə iki müşavir təyin edib
Report

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib. “Report” xəbər verir ki, nazir özünə iki müşavir və köməkçi təyin edib.

Məlumata görə, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər.

C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub.

C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.

Son xəbərlər

Orphus sistemi