"MiFID-2" normativləri Avropa kapital bazarını ciddi dəyişəcək

"MiFID-2" normativləri Avropa kapital bazarını ciddi dəyişəcək Əqdlərin aparılmasında tam şəffaflığa nail olunması hədəflənir
Maliyyə
4 Oktyabr , 2017 11:51
MiFID-2 normativləri Avropa kapital bazarını ciddi dəyişəcək

Bakı. 4 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) bir neçə il hazırladığı "Maliyyə alətləri bazarları haqqında" (Markets in Financial Instruments Directive - MiFID-2) normativləri 2018-ci il yanvarın 3-dən qüvvəyə minəcək. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, qanunda səhm, istiqraz və törəmə maliyyə alətləri ilə ticarətdə ciddi dəyişikliklər nəzərdə tutulub.

Qanunda maliyyə aktivləri ilə ticarət zamanı maksimum dərəcədə şəffaflıq tələb olunur. "MiFID-2" ilə investisiya bankları alıcı və satıcılarla yanaşı "gizli" ticarət həcmini gizlədə bilməyəcək. Öz hesabına ticarət aparan bank "sistematik daxili əməliyyatlar həyata keçirən şirkət" kimi qeydiyyatdan keçməli olacaq.

Yeni normativlər brokerləri mərkəzləşdirilmiş birjalara yönəlməsinə, bununla da əməliyyatları açıq və əlçatan etməsinə imkan yaradacaq. Faiz svopları kimi daha likvid aktivlər üçün mərkəzləşdirilmiş birjalarda əməliyyatların aparılması mütləq şərt olacaq. Daha az likvid aktivlər üçün isə qiymətlərin açıqlanması zərurəti tətbiq ediləcək.

Bundan başqa, tənzimləyici orqanlar hər bir ticarət əqdi barədə hesabatın açıqlanmasını mütləq şərt kimi tələb edəcək. Buna səbəb bazarda sui-istifadə hallarının qarşısının alınmasıdır. Yəni, hər bir portfel meneceri "ən yaxşı qiymət" prinsipinə sadiq qalaraq müştəri üçün əqdi ən sərfəli qiymətlə həyata keçirməlidir.

"MiFID-2" həmçinin qeyri-avropalı müştərilərdən "hüquqi şəxs üçün identifikasiya nömrəsi" istəyir ki, bu da əsasən ABŞ bankları üçün əlavə vaxt itkisi və narazılıq yaradır. Onlar, tam konfidensiallıq təmin edilmədiyi halda, Avropa bazarını tərk edəcəklərini bildiriblər.

Bununla yanaşı, investisiya banklarının apardığı analitik təhlillərə görə, müştərilərdən əlavə ödənişin tələb olunması da nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi