Yuxarı

MİDA avtomobil almaq üçün tender elan edib

MİDA avtomobil almaq üçün tender elan edib

Tender təklifləri zərfləri 3 avqust 2017-ci il tarixində saat 11.00-da MİDA MMC-də açılacaq

Bakı. 5 iyul. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) nəqliyyat vasitələrinin alınması üçün tender elan edib. 

“Report” xəbər verir ki, tender 1 lot üzrə keçirilir və qurum 1 ədəd “sedan”, iki ədəd isə “offroader/SUV” tipli nəqliyyat vasitələrinin satın alınması nəzərdə tutulur.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərfdə, yazılı surətdə təqdim etməlidir. Tenderin Azərbaycan dilində hazırlanmış əsas şərtlər toplusunu tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıda qeyd olunan hesaba 200 manat məbləğində iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z ünvanından almaq olar.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1%-İ məbləğində tender təklifinin təminatı - bank zəmanəti təqdim edilməlidir.

Tender üzrə ilkin səndlərin qəbulu üçün son tarix iyulun 24-ü müəyyən edilib. Tender təklifləri isə avqustun 2-i saat 17:00-a qədər təqdim edilməlidir.

Tender təklifləri zərfləri 3 avqust 2017-ci il tarixində saat 11.00-da “MİDA” MMC-də açılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi