“Merkuri”nin aktivləri 45% azalıb

“Merkuri”nin aktivləri 45% azalıb Bakı. 10 iyul. REPORT.AZ/ “Merkuri” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 45,1% azalaraq bu il yanvarın 1-nə 2,783 mln. təşkil edib.
Maliyyə
10 İyul , 2018 16:00
“Merkuri”nin aktivləri 45% azalıb

Bakı. 10 iyul. REPORT.AZ/ “Merkuri” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 45,1% azalaraq bu il yanvarın 1-nə 2,783 mln. təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Merkuri”nin müştərilərə verdiyi xalis kreditlər 45,2% azalaraq 2,484 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 53,1% azalaraq 2,009 mln. manata, o cümlədən borc vəsaitləri 81,5% azalaraq 499 min manata, cəmi kapitalı isə 0,9% azalaraq 774 min manata düşüb.

“Merkuri” 2017-ci ili 7 min manat xalis zərərlə başa vurub. Halbuki BOKT 2016-cı ildən cüzi mənfəətlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi