Yuxarı
    Bağlamaq

    Mərkəzi banklar avroda olan aktivlərini sürətlə azaldır

    Bankirlər Britaniya iqtisadiyyatını uzunmüddətli perspektivdə daha təhlükəsiz hesab edirlər

    Bakı. 4 aprel. REPORT.AZ/ Dünyanın mərkəzi bankları avroda olan aktivlərini xeyli azaldıb, bəziləri isə təmamilə satıb. "Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, bu barədə "Central Banking Publications" və B.Britaniyanın "HSBC" bankının birgə hazirladığı hesabatda məlumat verilib. Hesabat dünyanın 80 mərkəzi bankın ehtiyatlarını idarə edən məsul şəxslər arasında aparılmış sorğunun nəticələri əsasında hazırlanıb. Qeyd edək ki, avroya məcmu investisiyaların həcmi 6 trln. təşkil edir. Mərkəzi bank ehtiyatlarının menecerləri B.Britaniyanın pul vahidi - funt sterlinqi avrodan daha dayanıqlı və sabit hesab etdiklərini bildiriblər.

    Mərkəzi banklar arasında aparılan sorğuya görə, onlar avrozonada siyasi sabitliyin olmaması, iqtisadi artımın zəif tempi və Avropa Mərkəzi Bankının (ECB) monetar siyasətindən narahatdır. Sorğuda iştirak edən mərkəzi bankların nümayəndələrinin 71%-i "Brexit"ə baxmayaraq Britaniya iqtisadiyyatını uzunmüddətli perspektivdə daha təhlükəsiz hesab edirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi