Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bir ildə 8%-dək artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bir ildə 8%-dək artıb Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il iyulun 1-nə 5 939,4 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
2 İyul , 2019 18:55
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bir ildə 8%-dək artıb
Report

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il iyulun 1-nə 5 939,4 milyon ABŞ dolları təşkil edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 68,5 milyon dollar və yaxud 1,2% çoxdur.

İlin əvvəlinə nisbətən AMB-nin valyuta ehtiyatları 313,7 milyon dollar və yaxud 5,6%, son 1 ildə isə 426,7 milyon dollar və yaxud 7,7% artıb.

Son xəbərlər

Orphus sistemi