Mərkəzi Bankın valyuta hərracında dollara tələb azalıb

Mərkəzi Bankın valyuta hərracında dollara tələb azalıb Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.
Maliyyə
31 Mart , 2020 13:07
Mərkəzi Bankın valyuta hərracında dollara tələb azalıb

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bankın məlumatına görə, hərracda dollara tələb martın 29-na nisbətən 10,9 milyon ABŞ dolları və ya təxminən 10,2% azalaraq 95,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi