Mərkəzi Bankın valyuta hərracında dollara tələb azalıb

Mərkəzi Bankın valyuta hərracında dollara tələb azalıb Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Maliyyə
2 Aprel , 2020 13:59
Mərkəzi Bankın valyuta hərracında dollara tələb azalıb
Report

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bankın məlumatına görə, hərracda dollara tələb martın 31-nə nisbətən 21 milyon ABŞ dolları və ya təxminən 22% azalaraq 74,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi