Mərkəzi Bankın siyasəti Rusiyanın 10 trln. rubl itirməsinə səbəb olub

Mərkəzi Bankın siyasəti Rusiyanın 10 trln. rubl itirməsinə səbəb olub Qısa zamanda sabit məzənnə siyasətinə keçilməlidir
Maliyyə
29 Noyabr , 2016 16:49
Mərkəzi Bankın siyasəti Rusiyanın 10 trln. rubl itirməsinə səbəb olub

Bakı. 29 noyabr. REPORT.AZ/ "Rusiya Bankının (Mərkəzi Bank) mövcud pul-kredit siyasətini "iqtisadi intihar" adlandırmaq olar və onun vurduğu zərər 10 trln. rubldan (153 mlrd. ABŞ dolları) coxdur". 

"Report"un RBC saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin müşaviri Sergey Qlazyev "Kommersant" qəzetinə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı son illərdə süni olaraq staqflyasiyaya sürükləndirilərək, texnologiya baxımından sürətlə geriləməyə məhkum edilib: "Rusiya Bankının inflyasiya hədəflənməsinə əsaslanan mövcud monetar siyasəti nəticəsində ölkə 10 trln. rubldan çox istehsal olunmayan mal və 3 trln. rubl (46 mlrd. dollar) qoyulmayan investisiyalar olmaqla itkilərlə üzləşib. Bu dövr ərzində işsizlik artıb, əhalinin real gəlirləri azalıb".

S.Qlazyev bildirib ki, Rusiya Bankının ən böyük səhvi rublun sabit məzənnəsinin qorunmasından vaz keçməsi olub. Xarici şoklara qarşı iqtisadiyyatı qorumaq üçün tətbiq olunan "üzən məzənnə" rejimi iqtisadiyyatın geriləməsinə, gələcəkdə yeni devalvasiya və inflyasiya dalğasına gətirib çıxaracaq.

"Bir an gözləmədən xarici ölkələrin elmi təklifləri və təcrübəsinə uyğun olaraq düzgün monetar siyasətə keçmək lazımdır", - deyə müşavir qeyd edib.

Son xəbərlər

Orphus sistemi