Azərbaycan ​Mərkəzi Bankının sədri Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidentini qəbul edib

Azərbaycan ​Mərkəzi Bankının sədri Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidentini qəbul edib Görüşdə QDTİB-in 2015-2018-ci illər üçün yeni ölkə strategiyasının hazırlanmasına dair məsələlər müzakirə edilib
Maliyyə
16 Dekabr , 2014 18:16
Azərbaycan ​Mərkəzi Bankının sədri Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidentini qəbul edib

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a AMB-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə bank sistemi ilə QDTİB arasında mövcud iqtisadi əlaqələr, o cümlədən Azərbaycan üzrə yeni Ölkə Strategiyasının (2015-2018-ci illər) hazırlanmasına dair məsələlər müzakirə edilib.

E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, habelə bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib. O, QDTİB-in Azərbaycan maliyyə sektorunda iştirakını qeyd edərək, ortamüddətli strategiyanın hazırlanmasının vacibliyini vurğulayıb. Ölkənin iqtisadi hədəfləri və prioritetlərinin daha dəqiq müəyyənləşdirilməsi üçün davamlı kommunikasiya və əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

E.Rüstəmov Azərbaycanın son illərdə əldə etdiyi inkişaf tempi ilə qonaqları tanış edərək, son 10 ildə iqtisadiyyatın 3,4 dəfə artdığını, ölkənin yuxarı ortagəlirli dövlətə çevrildiyini vurğulayıb. Davos forumunun qiymətləndirməsinə əsasən, makroiqtisadi sabitlik üzrə Azərbaycanın dünyada ilk onluqda yer aldığını qeyd edən AMB sədri ölkədə neft gəlirlərinin səmərəli istifadə olunması, infrastruktur, quruculuq işlərinin aparılması, regionların inkişaf etdirilməsi və ölkənin kifayət qədər davamlı maqkroiqtisadi ehtiyatlara malik olmasını diqqətə çatdırıb.

Öz növbəsində QDTİB-in prezidenti İ.U.Delikanlı 2014-cü ildə Azərbaycanda müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirib və ölkənin qarşısında duran qısa və ortamüddərti çağırışlara nəzər yetirərək QDTİB-in bu istiqamətlər üzrə Azərbaycanla birgə səyləri barədə fikir mübadiləsi aparıb.

Qonaq Bankın 2015-2018-ci illəri əhatə edəcək Azərbaycan üzrə strategiya sənədinin hazırlanması istiqamətində görüləcək işlər barədə məlumat verib, Bankın Azərbaycanda bu günə qədər həyata keçirdiyi layihələr haqqında danışaraq maliyyə instutları ilə sıx əməkdaşlıq etdiklərini və gələcəkdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə həmçinin Mərkəzi Bank ilə QDTİB arasında əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi