Yuxarı

Azərbaycan və İsveçrə arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

Mərkəzi Bankın sədri İsveçrə Konfederasiyasının nümayəndə heyətini qəbul edib

Bakı. 18 iyul. REPORT.AZ/ Mərkəzi Bankın sədri Elman Rüstəmov İsveçrə Konfederasiyasinin Maliyyə naziri, Federal Kansler Ulrix Maurerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report"un  Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və İsveçrə arasında mövcud iqtisadi əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

E.Rüstəmov Azərbaycan və İsveçrə arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları arasında intensiv əməkdaşlıq əlaqələri, həmçinin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə uğurla həyata keçirilmiş birgə layihələr barədə ətraflı məlumat verib. 

Ulrix Maurer təmsil etdiyi ölkənin Azərbaycanla əməkdaşlıq əlaqələrini və ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirərək Azərbaycanın İsveçrə üçün sabit maliyyə bazarlarına malik və vacib tərəfdaş ölkə olduğunu, eləcə də əlaqələrin daha da təkmilləşdirilməsinin zəruruliyi bildirib. Nümayəndə heyətinin rəhbəri SECO-nun Azərbaycanda fəaliyyətinin davam etdirilməsinə dəstəyin olacağını deyib.

Görüşdə həmçinin ölkələr arasında texniki yardım proqramlarının, təcrübə mübadiləsi sahəsində fəaliyyətin genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi