Yuxarı

Mərkəzi Bankın sədri: "Bankların konsolidasiyası başa çatıb"

İpoteka kreditlərinə ayrılan məbləğ artırılacaq

Bakı. 26 fevral. REPORT.AZ/ "Azərbaycan İpoteka Fondu" ASC üçün dövlət büdcəsindən 50 mln. manat ayrılıb. Amma fond büdcədən tam maliyyələşə bilməz. Əlavə mənbələrdən də pul cəlb etməlidir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov həmçinin, bankların konsolidasiya prosesinin başa çatdığını da bildirib: "Bircə "AGBank"la bağlı məsələ qalıb. Onlar da öz əmanətçilərinin hesabına kapitalını artırır".
E. Rüstəmov ölkədə İslam Bankının yaradılması ilə bağlı hər hansı müzakirə aparılmadığnı da əlavə edib.

O vurğulayıb ki, sosial ipoteka kreditləri üçün müəyyən edilən faiz dərəcələrində hər hansı dəyişilik olmayacaq: "Kommersiya ipotekasının faiz dərəcələri isə müzakirə edilir və bazara uyğun müəyyən ediləcək. Bütün bunlar yeni yaradılacaq qurumun səlahiyyətində olacaq. Amma ipoteka kreditlərində məbləğin artırılması gözlənilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi