Yuxarı

Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

Notların tədavül müddəti 28 gündür

Bakı.28 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 manat olan 750 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100552S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

"Report" bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Qeyd edək ki, sözügedən notların tədavül müddəti 28 gündür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi