Mərkəzi Bank depozit hərracında 37 mln. manat vəsait cəlb edib

Mərkəzi Bank depozit hərracında 37 mln. manat vəsait cəlb edib Depozit hərracına tələb azalıb
Maliyyə
18 İyul , 2016 14:56
Mərkəzi Bank depozit hərracında 37 mln. manat vəsait cəlb edib

Bakı. 18 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 100 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 37 mln. manat təşkil edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,98 % olub.

Qeyd edək ki, 11 iyul tarixinə Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 45 mln. manat olub. Hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi 5,99 % təşkil edib. 

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində 4 iyulda keçirilən növbəti depozit hərracında tələb 98,5 mln. manat olub. Hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi 5,96 % təşkil edib.

13 iyunda Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilən ilk hərracın nəticələrinə görə, cəlb edilən depozitlərin həcmi 129 mln. manat edib. Ortaölçülmüş faiz dərəcəsi illik 6,49% olub.

"Depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə yönəlib", - deyə Mərkəzi Bankdan bildirilib.

Qeyd edək ki, depozit hərracının müddəti 1 aydır.

AMB-nin ilkin anonsuna əsasan, ümumilikdə 150 mln. manatın cəlb edilməsi planlaşdırılırdı, faiz dərəcəsinin isə 4,01-6,99% arasında olacağı gözlənilirdi. Lakin faktiki olaraq AMB cəlb etməyə planlaşdırdığı vəsaitin 86%-i həcmində resurs cəlb edə bilib.

Son xəbərlər

Orphus sistemi