Azərbaycan Mərkəzi Bankında Dünya Bankının regional direktoru ilə görüş olub

Azərbaycan Mərkəzi Bankında Dünya Bankının regional direktoru ilə görüş olub Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov arasında görüş keçirilib.
Maliyyə
5 Dekabr , 2019 16:28
Azərbaycan Mərkəzi Bankında Dünya Bankının regional direktoru ilə görüş olub
Azərbaycan Mərkəzi Bankı / Report.az

Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov arasında görüş keçirilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı E.Rüstəmov ölkə Prezidenti tərəfindən ölkədə yeni nəsil islahatlara start verildiyini qeyd edib. O bildirib ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanıb. Geniş miqyaslı islahatlar ölkədə yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiya və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün zəmin yaranıb.

AMB sədrinin sözlərinə görə, son dövrlər həyata keçirilən struktur-institusional islahatlar keyfiyyətçə yeni sosial-iqtisadi artım modelinə keçidi dəstəkləyir. E.Rüstəmov bu islahatların Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəldiyini vurğulayıb. O qeyd edib ki, ölkədə islahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq daima mühüm rol oynayır. Bu əməkdaşlığın mühüm istiqamətlərindən birini Dünya Bankı ilə əlaqələr təşkil edir.

S.Molineus, öz növbəsində, Dünya Bankının Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində ölkədə həyata keçirilən layihələrin statusu barədə məlumat verib və Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlara Dünya Bankının tam dəstəyini ifadə edib.

O, maliyyə sektorunun modernizasiyasının, eləcə də maliyyə resurslarına çıxış imkanlarının artırılmasının özəl sektorun inkişafına töhfə verəcəyini bildirib və qeyd edib ki, Dünya Bankı müvafiq texniki yardımın göstərilməsinə, islahatların həyata keçirilməsində zəruri dəstəyin verilməsinə hazırdır.

E.Rüstəmov son təşkilati dəyişikliklər də nəzərə alınmaqla hazırda qarşıda duran mühüm islahat istiqamətlərindən birinin ölkənin maliyyə sektorunun inkişaf etdirilməsi, bu sektorun dayanıqlığının qorunması, maliyyə dərinliyinin artırılması və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, maliyyə sektorunun iqtisadi artım prosesinin dəstəklənməsi və real sektorla əlaqələrin gücləndirilməsi olduğunu qeyd edib. AMB-nin sədri maliyyə institutlarının, xüsusilə kredit institutlarının biznes modelinin yeni iqtisadi situasiyaya adaptasiyasının, sektorda yeni artım strategiyası və maliyyə dayanıqlığının optimal balanslaşdırılmasının və əlavə risk akkumulyasiya olunmasına yol verilməməsinin vacibliyini qeyd edib.

O həmçinin mövcud islahatlar fonunda Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının daha da dərinləşəcəyinə, mühüm əhəmiyət kəsb edən maliyyə sektorunun nəzarət və tənzimləmə prosesinin ən yaxşı beynəlxalq təcrübə və standartlarına uyğunlaşdırılması istiqamətində Dünya Bankı ilə birgə işlər aparacağına və ölkəmizin Dünya Bankının institusional təcrübəsindən faydalanacağına əminliyini ifadə edib.

Görüş zamanı tərəflər arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi